Cümə, 03 May

Çin də Tayvana hücuma hazırlaşır - "Pekin qərar verməyə tələsmir, amma..."

image

ABŞ-ın məşhur “CNN” xəbər kanalının məlumatına görə Tayvan Çinin hücuma başlayacağından ehtiyat edir. Pekin bu iddiaları rədd etsə də, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi uzandıqca Tayvan ətrafında təhlükə artır.

Amerikalı siyasi və hərbi ekspertlərin sözlərinə görə, Çin son aylarda Tayvan adası ətrafında hərbi gücünü artırıb. Çin ada ətrafında hərbi təlimlərinin sayını da çoxaldıb. Səmada hərbi təyyarələrinin uçuşları intenviləşib.

Bu vəziyyətdə Tayvan 2022-ci il üçün hərbi xərclərini artırıb, 9 milyard dollara yaxın vəsait əlavə edilib. Tayvan adasında çağırışçılar orduya cəlb edilib.

Politoloq Elxan Şahinoğlu yaranmış vəziyyətişərh edərkən bildirib ki, Pekin Ukraynadakı müharibənin gedişini diqqətlə izləyir və Tayvanla bağlı qərarını buna uyğun verəcək:"Rusiya Ukraynada ciddi müqavimətlə üzləşib, xeyli itkisi var. Çin Tayvana hücum edərsə, durum oxşar olacaq. Əlbəttə, ABŞ Ukrayna nümunəsində olduğu kimi Tayvanın müdafiəsinə atılmayacaq, ancaq əlindən gələni edəcək ki, Çin müharibədə uğur qazanmasın.

Ukraynadan fərqli olaraq Tayvan iqtisadi zəmində inkişaf edib, ada mikrosxemlərin istehsalı üzrə dünya lideridir. Bu mikrosxemlər olmadan mobil telefonlardan tutmuş atomobilə qədər müxtəlif məhsulların istehsalı dayana bilər".

Politoloq xatırladır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir müddət öncə Rusiyanın Ukraynaya hücumunun Çini də Tayvana hücuma başlamağa həvəsləndirəcəyini və adanın işğal olunacağını deyib: "Pekin hələ tələsmir. Çin hakimiyyəti Kremldən fərqli olaraq adaya hücumun bütün fayda və zərərlərini hesablamağa çalışır ki, nəticə onun zərərinə olmasın".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15